İngiltərəli hücumçu Harri Keyn “Mançester Yunayted”ə alınmayan transferi barədə danışıb.
Apasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu “Bavariya”nın təklifinin daha cəlbedici olduğunu bildirib.
“Yayda bir çox klublarla danışıqlar apardığım hamıya məlumdur. “Bavariya”nın təklifi məni ilhamlandırdı. Bu təklifdən sonra digər variantlar mənim üçün maraqsız oldu. “Mançester Yunayted” böyük klubdur. Amma Münhenddə xoşbəxtəm”, - deyə Keyn vurulayıb.
Qeyd edək ki, “Mançester Yunayted” uzun müddət Keynlə danışıqlar aparsa da, Harri sonda “Bavariya”nı seçib. Bu transfer qiyməti 100 milyon olub.