Klopp Premyer Liqada 200-cü qələbəsini qazanıb
01.02.2024 - 11:54
Klopp Premyer Liqada 200-cü qələbəsini qazanıb

İngiltərədə Premyer Liqanın 22-ci turunda "Liverpul" "Çelsi"ni (4:1) məğlub etdi.

Apasport.az xəbər verir ki, bu, almaniyalı mütəxəssis Yurgen Klopp üçün əlamətdar qələbə olub. 

56 yaşlı çalışdırıcı bu nəticə ilə İngiltərə çempionatında 200-cü qələbəyə çatıb. Ondan əvvəl cəmi 6 məşqçi belə yüksək göstəriciyə nail olub.

Xatırladaq ki, Klopp 2015-ci ilin yayında “Liverpul”a keçib, bundan əvvəl o, Dortmund “Borussiya”sını çalışdırıb.

 

writer photo
Əlirza Əlirzalı
0