Türkiyə 1-ci Liqa klublarından olan "Gençlerbirliği"nin prezidenti Niyazi Akdaş istefa verib.
Apasport.az xəbər verir ki, o, idarə heyətinə verdiyi yazılı açıqlamada prezidentlik vəzifəsindən istefa verdiyini açıqlayıb.
"Gençlerbirliği" İdman Klubu ailəm 01.01.2024-cü il tarixindən etibarən Prezident vəzifəmdən istefa vermişəm. Lakin İdarə Heyətindəki dostlarımın xahişi ilə qərarımı açıqlanmasını "Sakaryaspor" matçına qədər təxirə saldım. Bu gündən etibarən qərarımı hörmətlə ictimaiyyətə təqdim edirəm. Ailəm və yaxınlarım bunu bilir ki, mənim bu komandaya olan sevgim müzakirəyə açıq deyil. Ona görə də prezident olduğum müddətdə klubumuzun maraqlarını hər şeydən üstün tutmuşam".