Konfrans Liqasının qrup mərhələsinin IV turunda keçirilən “Vest Hem” – “Anderlext” görüşü insidentlə başa çatıb.
Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra kütləvi iğtişaşlar yaşanıb.
Matç bitən kimi belçikalı azarkeşlər rəqib fanatlar olan sektorlara pirotexniki əşyalar və oturacaqlar atmağa başlayıb. Hadisələrdə zərərçəkən isə polislər olub.
İnsidentə müdaxilə edən asayiş keşikçilərindən dördü yaralanıb. Onlardan birinin biləyi qırılıb, birinin başına tikiş vurulub. Digər iki zabit də başından xəsarət alıb.
Qeyd edək ki, 4 turdan sonra “Vest Hem” 12 xalla birinci, “Anderlext” 4 xalla üçüncüdür.