Rikardo Kuarejma "Beşiktaş"la bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, futbolçu bu barədə Portuqaliya mətbuatından "Record"a danışıb.
40 yaşlı hücumçu sabiq komandası haqqında bunları deyib: "Hər zaman demişəm ki, karyeramı meydanda bitirmək istəyirəm. Görək necə olacaq. Kariyeram hələ bitməyib. "Beşiktaş" bir ehtimaldır. "Beşiktaş" mənim klubumdur. Bunu əvvəllər də demişəm, ailəm orada xoşbəxt idi".
Portuqaliyalı forvard "Beşiktaş"dan təklif alsanız, nə cavab verərdiniz?" sualına belə cavab verib: "Heç düşünmədən "hə" deyərdim. Arzularımdan biri karyeramı "Beşiktaş"da bitirməkdir. Bunu möhtəşəm Beşiktaş azarkeşləri qarşısında etmək əla olardı".
Qeyd edək ki, Kuarejma 2010-2012 və 2015-2019-cu illərdə "Beşiktaş"da çıxış edib.