Kurtua sağlam günləri üçün darıxır
11.10.2023 - 12:39
“Zədələr mənə sağlamlığın dəyərini öyrədir”.
Apasport.az xəbər verir ki, Madrid “Real”ının qapıçısı Tibo Kurtua hazırki durumu ilə bağlı açıqlama verib.
31 yaşlı qolkiper vəziyyətinin hər keçən gün yaxşılaşdığını deyib: "Sağlamlığım normala dönür. Mən artıq qoltuqağacından istifadə etmədən yeriyə bilirəm. Bu zədələr mənə sağlamlığın nə qədər vacib olduğunu göstərir. Ümid edirəm ki, mümkün qədər tez qayıdacağam”.
Qeyd edək ki,Tibo Kurtua yayda məşq zamanaı dizindən zədələnib. O, çarpaz bağlarındakı yırtıq səbəbindən əməliyyat olunub.
0
0