Kurtua zədələndi, De Xeanın “Real” variantı
10.08.2023 - 21:13
Kurtua zədələndi, De Xeanın “Real” variantı

“Mançester Yunayted”dən ayrılan David De Xea karyerasının ölkəsində davam imkanı qazanıb.

Apasport.az saytı xəbər verir ki, təcrübəli qapıçı “Real”a keçə bilər.

Madrid klubunun əsas qapıçısı Tibo Kurtua məşqdə zədələnib. Belçikalı qolkiperin yaxın günlərdə dizindən cərrahiyə əməliyyatı keçirəcək və uzun müddət yaşıl sahələrdən uzaq qalacaq. Nəticədə “Real” təcrübəli qapıçı axtarışına çıxıb və sərbəst olan De Xea ilə maraqlanır. Əgər danışıqlar uğurıu yekulaşarsa, David madridliləri düşərgəsinə keçəcək.

Qeyd edək ki, 12 il “Mançester Yunayted”də çıxış edən De Xea müqavilə bitdikdən sonra komandadan ayrılıb. O, Səudiyyə Ərərbistanı klublarından təklif alsa da, bu variantdan imtina edib.
 

writer photo
Əlirza Əlirzalı
0