La Liqanı tərk edəcək ilk klub bilindi
03.05.2023 - 10:29
La Liqanı tərk edəcək ilk klub bilindi

2022/2023 mövsümünün sonunda İspaniya La Liqasını tərk edəcək ilk komanda bəlli olub. 

Apasport.az saytı xəbər verir ki, çempionatın XXXIII turunda "Almeriya"ya uduzan “Elçe” yeni mövsümü Sequndada keçirəcək.

33 oyundan cəmi 16 xal toplayan komanda turnir cədvəlinin sonuncu - 20-ci pilləsində yer alır. Bu il 100 yaşını qeyd edən “Elçe” qarşıdakı 5 turda maksimum xal qazansa belə La Liqadan aşağı düşəcək. Çünki 17-ci pillədə qərarlaşan “Valensiya” 33 xala malikdir. 

Qeyd edək ki, “Elçe” “Almeriya”ya 1:2 hesabı ilə məğlub olub. 

writer photo
Əlirza Əlirzalı
0