Leno Londonun digər klubunda
26.07.2022 - 18:01
Leno Londonun digər klubunda

“Arsenal”ın qapıçısı Bernd Leno ilə yollarını ayırır.

Apasport.az saytının məlumatına görə, almaniyalı qolkiper karyerasını Premyer Liqanın başqa klubunda davam etdirəcək.

Çünki 30 yaşlı futbolçu “Fulhem”lə şifahi razılığa gəlib. Tərəflər arasında anlaşmaya əsasən, Leno Londonun digər təmsilçisi ilə 3 illik müqavilə bağlayacaq. “Arsenal” bu keçiddən təxminən 10-11 milyon funt sterlinq qazanacaq.

Qeyd edək ki, Bernd Leno 2018-ci ildən bəri “Arsenal”da çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0