Tonali “Milan”da qalacaq
24.08.2022 - 23:20
İtaliya “Milan”ı futbolçusu Sandro Tonali ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar baş tutub.
Görüş zamanı 22 yaşlı futbolçunun anlaşmasının daha bir illik uzadılması razılaşdırılıb. Yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Tonali “Arsenal”ın da hədəfindədir.
0
0