Robert Levandovskinin “Barselona”nın futbolçusu kimi təqdimatı təxirə salınıb.
Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, bunun səbəbi açıqlanmayıb.
“Bavariya”dan transfer edilən polşalı hücumçu ümumi qrupla çalışmır. Robert ABŞ turu çərçivəsində planlaşdırılan “İnter Mayami” ilə yoxlama görüşü öncəsi komandanın açıq məşqində iştirak etməyib. 34 yaşlı forvard idman zalında fərdi məşqlə kifayətlənir.
Ulduz futbolçunun təqdimat mərasiminin qeyri-müəyyən müddətə təxirə salınmasının forma nömrəsi ilə əlaqədar olduğu iddia edilib. Rəhbərlik digər hücumçu Memfis Depaydan 9 nömrəni Levandovskiyə verməsini istəyəcək.
Qeyd edək ki, Robert Levandovski “Barselona” ilə 3 illik müqavilə imzalayıb.