"Atletiko"dan 15 milyon avroluq təklif
11.02.2024 - 16:12
"Atletiko"dan 15 milyon avroluq təklif

Madrid “Atletiko”su yeni qapıçı axtarışlarına çıxıb.

Apasport.az xəbər verir ki, komandanın hədəfindəki qolkiper "Las Palmas"ın qapıçısı Alvaro Vallesdir.

Dieqo Simeone 26 yaşlı ispaniyalının oyununa valeh olub. Qolkiperin alınması üçün hərəkətə keçən Madrid təmsilçisi "Sevilya", "Real Betis" və "Mançester Siti"nin də maraq dairəsində olan Vallesin keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb. Iddialar görə, Madrid klubu çərçivə qoruyucusunun transeferi qarşılığında “Las Palmas”a 15 milyon avro təklif edib.

Qeyd edək ki, “Atletiko”nun əsas qapıçısı Yan Oblakın yayda “Mançester Yunayted”ə gedəcəyi deyilir.

writer photo
Əlirza Əlirzalı
0