Libertadores kubokunda çempion bəlli oldu
05.11.2023 - 14:40
Libertadores kubokunda çempion bəlli oldu

Libertadores kubokunun qalibi bəlli olub. 

Apasport.az xəbər verir ki,final matçında Braziliya təmsilçisi Fluminense” Agentina “Boka Xuniors”u ilə qarşılaşıb.

Dünən gecə keçirilən matçın 90 dəqiqəsində komandalar hərəyə 1 dəfə fərqlənib. 36-cı dəqiqədə “Fluminense”dən Germán Canonun qoluna 72-ci dəqiqədə Luis Advinkula cavab verib. Qalibi müəyyən etmək üçün oynanılan əlavə vaxtın 99-cu dəqiqəsində  Con Kennedi komandasını önə keçirən qolu vuub.


Matç Braziliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Fluminense” tarixinbdə ilk dəfə Libertadores kubokunun qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0