“Lids”in yarımmüdafiəçisi top klubların marağında
05.04.2024 - 13:58
“Lids”in yarımmüdafiəçisi top klubların marağında

"Lids"in yarımmüdafiəçisi Arçi Qrey Avropanın bir neçə top klubunun hədəfinə çevrilib. 

Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, "Bavariya” 18 yaşlı oyunçunu transfer etməkdə maraqlıdır. 

Alman nəhəngi yarımmüdafiəçi uğrunda “Liverpul” və “Real Madrid”lə yarışmağa hazırdır.

Qeyd edək ki, “Transfermarkt” portalı futbolçunun dəyərini 16 milyon avro olaraq qiymətləndirir. Yarımmüdafiəçinin "Lids"lə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. Qrey Almaniya Çempionatının cari mövsümündə 38 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0