"Lill" matçından əvvəl "Fənərbaxça"dan pis xəbər
13.08.2024 - 19:58
"Lill" matçından əvvəl "Fənərbaxça"dan pis xəbər

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Lill"lə cavab oyuna çıxacaq "Fənərbaxça"ya ağır itki üz verib.

Apasport.az xəbər verir ki, İstanbul klubunun aparıcı üzvlərindən olan Ferdi Kadıoğlu Fransa təmsilçisiylə matçda meydanda olmayacaq.

Bu barədə klub rəsmi açıqlama verib.

Qeyd edək ki, Ferdi Super Liqada keçirilən "Adana Demirspor"a qarşı matçda zədələnərək meydanı tərk etmişdi. 

writer photo
Əlirza Əlirzalı
0