“Lill”in futbolçusu infarkt keçirib
20.06.2024 - 09:17
“Lill”in futbolçusu infarkt keçirib

Liqa 1 təmsilçilərindən "Lill"in futbolçusu Nabil Bentaleb infarkt keçirib.

Apasport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 29 yaşlı əlcəzairli futbolçu təcili xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Bentaleb ötən mövsüm bütün turnirlərdə 34 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində "Şalke", "Nyukasl" və "Tottenhem" klublarının formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0