“Lion” yay transferi dövründə gənc oyunçuların satışına “yaşıl işıq” yandıracaq.
Apasport.az saytı xəbər verir ki, klub maliyyə problemlərini həll etmək üçün bu addımı atacaq.
“Lion”un 130 milyon avroya ehtiyacı var. Bu səbəbdən sərfəli təklif alarsa müdafiəçilər Kastello Lyukeba və Sinaldi Domande, yarımmüdafiəçilər Rayan Şerki və Tyaqo Mendes, həmçinin hücumçu Bredli Barkolonun transferinə icazə veriləcək. Artıq 20 yaşlı futbolçu Malo Qyusto 30 milyon avroya “Çelsi”yə keçib.
Qeyd edək ki, “Lion” Fransa çempionatını 7-ci pillədə başa vuraraq, Avropa kuboklarından kənarda qalıb.
“Lion” gəncləri satışa çıxarır
18.06.2023 - 16:35
0
0