"Lion"dan "Fənərbaxça"ya təklif
16.01.2024 - 12:40
"Lion"dan "Fənərbaxça"ya təklif

"Fənərbaxça"da çıxış edən türkiyəli futbolçu İsmail Yüksekə Fransadan təklif var. 

Apasport.az "Lequipe" nəşrinə istinadla xəbər verir ki, "Lion" 24 yaşlı futbolçunu transfer etmək istəyir. Fransa klubu türkiyəli üçün 8 milyon transfer məbləği və bonuslar təklif edib. 

Bu mövsüm "Fənərbaxça"nın heyətində 28 matça çıxan İsmail Yüksek 1 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. 

Qeyd edək ki, yarımmüdafiəçinin "sarı-lacivərd"li klubla 2027-ci ilə qədər müqaviləsi var. 

writer photo
Əlirza Əlirzalı
0