İngiltərə Premyer Liqasının 33-cü həftəsində "Fulhem" və "Liverpul" üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, rəqibini 3:1 hesabı ilə məğlub edən "Liverpul" 2 həftəlik fasilədən sonra 3 xal qazanıb.
"Liverpul"a qələbə qazandıran qolları 32-ci dəqiqədə Aleksandr-Arnold, 53-cü dəqiqədə Qravenberç və 72-ci dəqiqədə Jota vurub.“Fulhem”in yeganə qolu 45+2-də Castagnedən gəldi.
Bu nəticə ilə "Liverpul" xallarını 54-ə yüksəldib və 1-dən çox matçla liderliyi bölüşüb. "Fulhem" 42 xalda qalıb.
Qeyd edək ki, "Liverpul" gələn həftə liqada "Everton"la səfərdə qarşılaşacaq. "Fulhem" öz meydanında "Kristal Pelas"ı qəbul edəcək.