"Liverpul" "Bavariya"nın futbolçusu üçün Niderlanda nümayəndə göndərdi
16.04.2023 - 01:54
"Liverpul" "Bavariya"nın futbolçusu üçün Niderlanda nümayəndə göndərdi

Rayan Xrafenberx "Bavariya"nı tərk edə bilər.

Apasport.az xəbər verir ki, "Liverpool" Surinam əsilli niderlandlı yarımmüdafiəçi ilə fəal maraqlanmağa başlayıb. Bu həftə futbolçunun işlərinə cavabdeh olan atası ilə görüşmək üçün Niderlanda nümayəndələr göndərilib.

Futbolçunun dəyəri 25 milyon funt-sterlinq (demək olar ki, 28 milyon avro) olaraq qiymətləndirilir. O, ötən ilin yayında "Ayaks"dan 18,5 milyon avroya alınıb, bonuslar hesabına bu məbləğ 24,5 milyon avroya qədər arta bilər.

Qeyd edək ki, "Bavariya" ilə 5 illik müqavilə bağlamış 20 yaşlı futbolçu bu mövsüm Bundesliqada 18 oyuna çıxıb.

writer photo
Əlirza Əlirzalı
0