Dost özünə klub tapdı
24.08.2023 - 09:53
Dost özünə klub tapdı

Niderlandlı futbolçu Bas Dostun yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu karyerasını vətənində davam etdirəcək.

Bas “Neymegen”ə keçib. O, yeni klubu ilə bir illik müqavilə imzalayıb. Dost Niderland klubuna azad agent kimi keçib.

Qeyd edək ki, forvard karyerası ərzində “Volfsburq”, “Sportinq”, “Ayntraxt” və “Brügge”də forma geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0