“Liverpul” onu istəyir
18.05.2023 - 15:08
“Liverpul” onu istəyir

“Liverpul” heyətini yarımmüdafiəçi ilə gücləndirir.

Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi İspaniya “Selta”sından Qabriel Veyqaya elçi düşüb.

Mersisaydlılar 20 yaşlı oyunçunu yayda heyətə cəlb etmək üçün qarşı tərəflə danışıqlara başlayıb. Viqo klubu Avropanın bir çox top-klublarının diqqət mərkəzində olan gənc futbolçu ilə bağlı qərarını hələlik açıqlamayıb.

Qeyd edək ki, “Selta”nın öz yetirməsi olan Veyqa 2022-ci ildən əsas komandanın heyətində çıxış edir. O, bu mövsüm 36 oyunda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0