"Liverpul" Salahla bağlı məsələyə aydınlıq gətirdi
05.09.2023 - 00:00
"Liverpul" Salahla bağlı məsələyə aydınlıq gətirdi

"Liverpul" aparıcı futbolçusu Məhəmməd Salahla bağlı qərarını açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisi Səudiyyə Ərəbistanından gələn təklifi geri çevirib.

“Qırmızılar”da həm rəhbərlik, həm də komandanın baş məşqçisi Yurgen Klopp misirli hücumçunun satışına qarşıdırlar. Hətta söz-söhbətlərdən narahat olan alman məşqçi son müsahibəsində rəhbərlikdən belə bir fikri ağıllarından belə keçirməməyi istəmişdi.

Qeyd edək ki, 31 yaşlı forvardın “Əl İttihad”ın diqqət mərkəzində olduğu bildirilir.

writer photo
Əlirza Əlirzalı
0