“Liverpul” bu yay “Bavariya”ya transfer edilən Sadio Manenin gedişindən 32 milyon avroluq gəlir əldə edib.
Apasport.az saytının məlumatına görə, seneqallı ulduz “qırmızılar”ın tarixi ərzində ən baha qiymətə satdığı 6-cı futbolçu olub.
Premyer Liqa klubunun indiyə qədər ən baha satdığı oyunçu hazırda “Aston Villa”da çıxış edən Filipp Koutinyodur. Klub onun və Luis Suaresin “Barselona”ya keçidindən ümumilikdə 200 milyon avrodan çox xeyir götürüb.
“Liverpul”un 30 milyon avrodan yüksək qiymətə satdığı futbolçular:
1. Filipp Koutinyo - 135 milyon avro
2. Luis Suares – 81,72 milyon
3. Rahim Sterlinq – 63,70 milyon
4. Fernando Torres – 58,50 milyon
5. Xabi Alonso – 34,50 milyon
6. Sadio Mane - 32 milyon
7. Kristian Benteke – 31,20 milyon