“Liverpul”un 70 milyonluq transferi
02.07.2023 - 17:33
“Liverpul”un 70 milyonluq transferi

Yarımmüdafiəçi Dominik Soboslai “Liverpul”la müqavilə imzalayıb.

Apasport.az saytı xəbər verir ki, macarıstanlı futbolçu 2028-ci ilədək komandada çıxış edəcək.

Transfer üçün “Liverpul” “Leyptsiq”ə 70 milyon avro ödəyib. Tibbi müayinədən uğurla keçən komandanın düşərgəsinə qoşulub. Bu, komandanın yarımmüdafiə xəttinə ikinci transferi olub. Bundan əvvəl, argentinalı Makalister heyətə cəlb edilib.

Qeyd edək ki, Soboslai 2022/23 mövsümündə 46 oyun keçirib. O, bu qarşılaşmalarda 10 qol və 13 ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0