"Çox istəyərdim ki, azarkeşlər milliyə dəstək olsunlar".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis azarkeşlərə müraciət edib:
"Qarabağ"ın avrokuboklardakı oyunlarına 30 min azarkeş gəlir. Çempionat oyununa isə 300. "Turan Tovuz"un oyununa baxırsan, bölgələrdən azarkeş çox gəlir. Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır, layihədir. Sadəcə milliyə inanın. Azarkeşlərdən xahiş edirəm, məni dəstəkləmək lazım deyil, amma millinin və oyunçuların buna ehtiyacı var. Çox istəyərdim ki, millinin oyunlarında azarkeşlər stadionu doldursunlar.