Yaponiyalı ulduz "Qalatasaray"ın təklifini rədd etdi
17.01.2024 - 12:37
Hakim Ziyeçdən istədiyi nəticəni ala bilməyən "Qalatasaray" həll yolunu transferdə tapıb.
Apasport.az "fotomaç"a istinadla xəbər verir ki, "sarı-qırmızılılar" heyətini yaponiyalı ulduz Daiçi Kamada ilə gücləndirmək istəyir.
27 yaşlı futbolçunun hazırkı komandası yaponiyalı ilə bağlı qərar verib. Məlumata görə, "Latsio" yaya qədər futbolçusunu satmayacaq.
Daiçi Kamada bu mövsüm "Latsio"nun heyətində 22 rəsmi oyunda iştirak edib, 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
0
0