"Milan" qapıçısından razıdır
29.09.2023 - 13:36
"Milan" qapıçısından razıdır

"Milan" qapıçısı Mik Menyanı heyətində saxlamaq istəyir.

Apasport.az saytı xəbər verir ki, italyanlar 28 yaşlı qolkiperin çıxışından razıdırlar.

Apasport.az saytı xəbər verir ki, tərəflər yaxın vaxtlarda müqavilənin 2028-ci ilə qədər uzadılması ilə bağlı danışıqlar aparacaq. 2021-ci ildən Milan təmsilçisinin şərəfini qoruyan çərçivə qoruyucusu da yeni razılaşmanın imzalanmasında maraqlıdır. 

Qeyd edək ki, Fransa millsinin də şərəfini qoruyan Menyan bu mövsüm 5 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0