"Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov UEFA-nın iclasında iştirak edib.
Apasport.az xəbər verir ki, o, UEFA-nın Klub Yarışların Təşkili Komitəsinin toplantısında təmsil olunub.
İngiltərənin paytaxtı Londonda keçirilən toplantıda 2024-27-ci illərdə keçiriləcək yarışlarla bağlı media, kommersiya satışlarındakı yeniliklər müzakirə olunub. Komitə üzvləri avrokuboklara qatılmayan klublara maliyyə yardımı, qonaq komandalara ayrılan biletlərin maksimal qiyməti barədə fikir mübadilələri aparıblar. Yığıncaqda turnirin qalibinin öz ölkəsinə əlavə yer qazandırdığı vaxt klub bölgüsünün yenidən balanslaşdırılması məsələləri müzakirəyə çıxarılıb.
Tədbirdə DÇ-2026 və klublararası DÇ-2025-in digər turnirlərə, həmçinin komandalara təsiri ilə bağlı müzakirələr də aparılıb. Tədbir iştirakçıları yeni sponsorlarla iş prosesinin gedişi, təsdiqlənmiş və davam edən tərəfdaşlarla danışıqların aparılması prosedurları ilə tanış olublar.
Qeyd edək ki, Əsgərov komitənin digər üzvləri ilə birlikdə Çempionlar Liqasının “Uembli”də keçirilədək “Borussiya” (Dortmund, Almaniya) – “Real” (Madrid, İspaniya) oyununu izləyəcək. O, UEFA-nın final oyununa dəvət etdiyi Ali qonaqlar arasındadır.
- Souçek “İnter”in transfer siyahısına düşüb
- Libertadores kubokunun qalibi “Liverpul”un hədəfində
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Dünya çempionu şahmatçımız: "Kimsə 1 milyon pul versə..." - Müsahibə
- İngiltərə klubu sahibini dəyişdi