Souçek “İnter”in transfer siyahısına düşüb
11.10.2023 - 23:28
Souçek “İnter”in transfer siyahısına düşüb

Tomaş Souçek karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az-ın məlumatına görə, “İnter” çexiyalı yarımmüdafiəçini heyətində görmək istəyir.

Souçekin çıxış etdiyi “Vest Hem”lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu imkandan istifadə etməyi planlaşdıran “İnter” futbolçuya ilkin təklif göndərib. Tomaşın hazırki klubunda qalması danışıqların nəticəsindən asılıdır.

Qeyd edək ki, hazırki mövsümdə çexiyalı futbolçu 10 oyunda dörd qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0