"Liverpul"un avtobusuna hücum edildi
01.04.2023 - 23:52
"Liverpul"un avtobusuna hücum edildi

Naməlum şəxslər “Mançester Siti” ilə oyundan sonra “Liverpul”un avtobusuna hücum ediblər.

Apasport.az xəbər verir ki, matçdan sonra komandanın qayıtdığı avtobusa hücum olub.

“Mançester Siti” hadisədən məyus olduğunu bildirərək, təqsirkarların tezliklə tapılacağına ümid etdiyini bildirib. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasının XXIX turunda “Siti”yə 1:4 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0