Neymara Premyer Liqadan iki təklif
24.04.2023 - 12:41
Neymara Premyer Liqadan iki təklif

PSJ-nin futbolçusu Neymarın karyerasını İngiltərədə davam etdirəcəyi gözlənilir.

Apasport.az saytının məlumatına görə, Fransa klubu braziliyalı hücumçu ilə vidalaşmağa hazırlaşır.

Cənubi amerikalı ulduz İngiltərənin iki komandasından təklif alıb. Bu klublardan biri “Çelsi” olsa da, digərinin adı açıqlanmır.

Qeyd edək ki, PSJ-nin futbolçusu zədə üzündən mövsümü bitirib.
 

writer photo
Əlirza Əlirzalı
0