“Liverpul”un istəyi
20.04.2023 - 15:41
“Liverpul” Fransa millisinin mərkəz yarımmüdafiəçisi Adrien Rabioya elçi düşüb.
Apasport.az saytı xəbər verir ki, “qırmızılar” “Yuventus”un futbolçusunu yayda transfer etməyi planlaşdırırlar.
İngilislər həmin vaxt Turin klubu ilə müqaviləsi başa çatacaq Rabionu azad agent kimi əldə etmək niyyətindədirlər.
Qeyd edək ki, 2019-cu ildə PSJ-dən “Yuventus”a transfer edilən 28 yaşlı yarımmüdafiəçi bu mövsümdə 37 oyuna 10 qol vurub.
0
0