“Ludoqorets”i yıxan adam - Despodov
02.08.2023 - 00:43
“Ludoqorets”i yıxan adam - Despodov

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Apasport.az-ın məlumatına görə, 4 oyunda qapılara 19 top vurulub.

Günün ən məhsuldar matçında “Aris” BATE-yə 5:3 hesabı ilə qalib gəlib. İlk görüşdə böyükhesabla qalib gələn Kipr çempionu bu dəfə də inamlı şıxış edib.

Ən gərgin mübarizə Sloveniyada qeydə alınıb. Bolqarıstandakı matçda “Ludoqorets” “Olimpiya”nın müqavimətini qıra bilməmişdi – 1:1. Cavab görüşündə bolqarlar hesabı açsalar da, meydan sahibləri “status-kvo”nu bərpa ediblər. Sloveniya çempionu 90+2-ci dəqiqədə Elsnikin sayəsində qələbə qolunu vuru bilib. Düzdür, “Ludoqrets” məğlubiyyətdən qaçmaq şansını əldə edib. Amma Despodov 90+11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və komandası mübarizəsini dayandırıb. 

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust


 “Panatinaikos” (Yunanıstan) – “Dnipro-1” (Ukrayna) – 2:2 
İlk oyun – 3:1
“Bate” (Belarus) – “Aris” (Yunanıstan) – 3:5 
İlk oyun – 2:6
“Olimpiya” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) – 2:1 
İlk oyun – 1:1
“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Hersoqovina) – 2:2
İlk oyun – 1:0

writer photo
Əlirza Əlirzalı
0