Əliyar Ağayev Avropa Liqası oyununa təyinat alıb
15.08.2024 - 14:49
Əliyar Ağayev Avropa Liqası oyununa təyinat alıb

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

RFŞ – APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0