Luis Enrikenin Braziliya perspektivi
22.12.2022 - 18:01
Luis Enrikenin Braziliya perspektivi

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike karyerasını Cənubi Amerikada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, mütəxəssis Braziliya yığmasının çalışdırıcısı postuna namizəddir.

Bu ölkənin futbol konfederasiyası xarici mütəxəssis dəvət etmək niyyətindədir. Enrikenin adı namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, Braziliya millisinin DÇ-2022-dəki uğursuzluğundan sonra Tite baş məşqçi postunu tərk edib.
 

writer photo
Əlirza Əlirzalı
0