Luis Suares ən yaxşı “9 nömrə”ni açıqladı
03.10.2022 - 17:54
Luis Suares ən yaxşı “9 nömrə”ni açıqladı

Uruqvay millisinin futbolçusu Luis Suares Mançester derbisinə biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, hazırda vətənində “Nasyonal”ın şərəfini qoruyan hücumçu “Mançester Siti” – “Mançester Yunayted” oyunu ilə bağlı rəy bildirib.

Suares “şəhərlilər”in 6:3 hesablı qələbəsinə üç qolla töhfə verən Erlinq Halandın paylaşımına yazdığı rəydə onu dünyanın ən yaxşı mərkəz hücumçusu adlandırıb: “Təbrik edirəm, dostum. Möhtəşəm oyun idi. Hazırda ən yaxşı “9 nömrə”.

Qeyd edək ki, Haland “Mançester Siti”də 11 oyunda 16 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0