“Sabah” hücumçusunun müqaviləsinə xitam verdi
08.07.2022 - 23:11
“Sabah” hücumçusunun müqaviləsinə xitam verdi

“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumçu Mixeil Erqemlidze yola salınıb. 22 yaşlı gürcüstanlı futbolçunun 2024-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Mixeil Bakı klubuna ötən ilin yayında Tbilisi “Dinamo”sundan keçib.

Qeyd edək ki, “Sabah” yay fasiləsində həmçinin Səlahət Ağayev, Slavik Alxasov, Xuan Kamara, Veysəl Rzayev, Şakir Seyidov, Şpiro Periçiç və Xulio Sezar Rodrigeslə də vidalaşıb.

writer photo
Əlirza Əlirzalı
0