Luis Suaresdən karyerası ilə bağlı QƏRAR
02.11.2022 - 13:34
Luis Suaresdən karyerası ilə bağlı QƏRAR

Uruqvay millisinin futbolçusu Luis Suares gələcək karyerası ilə bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu karyerasını ABŞ-da davam etdirəcək.

Son ayları doğma “Nasyonal”da keçirən forvard “Los-Anceles Qalaksi” ilə anlaşmağa yaxındır. Uruqvay klubu ilə müqaviləsi ilin sonunda başa çatacaq Suares həmin vaxtdan MLS təmsilçisinə keçəcək.

Qeyd edək ki, Luis mövsümün 16 matçında 8 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0