Çempionlar Liqası ilə vidalaşan "Fənərbaxça" yoluna UEFA Avropa Liqasında davam edəcək.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin liqa yolundakı potensial rəqiblərindən bəziləri müəyyənləşib.
Joze Mourinyonun bir müddət çalışdığı 4 klub - "Porto", "Mançester Yunayted", "Tottenham" və "Roma" "Fənərbaxça" ilə qarşılaşa bilər.
Bundan başqa, "Frankfurt", "Real Sosyedad", "Lyon", "Olimpiakos", "Atletik Bilbao" və "Nitsa" kimi komandalar "sarı-lacivərdlilər"in mümkün rəqibləri sırasındadır.
Qeyd edək ki, "Fənərbaxça" püşkatmaya 2-ci səbətdən qoşulsa da, bunun o qədər də əhəmiyyəti yoxdur. Yeni reqlamentə əsasən, liqa yolunun püşkatmasında komandalar özlərinin də olduğu səbət daxil olmaqla, hər səbətdən 2 rəqiblə qruplaşacaqlar.