Lukakuya yeni müştəri
24.05.2023 - 14:02
Lukakuya yeni müştəri

Romelu Lukakunu heyətində görmək istəyən klubun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Aston Villa” belçikalı hücumçunu heyətinə qatmağı planlaşdırır.

Müqavilə ilə “Çelsi”yə məxsus olan, icarə əsasında “İnter”də çıxış edən 30 yaşlı forvardın transferini baş məşqçi Unai Emeri istəyib. İspaniyalı mütəxəssis Lukakunun “Aston Villa”nın hücum xəttini gücləndirəcəyi qənaətindədir.

Qeyd edək ki, Romelu A seriyasının 23 matçında 9 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0