Madrid klubunda yeni müqavilə
21.07.2022 - 10:07
Madrid klubunda yeni müqavilə

“Atletiko”nun qapıçısı Yan Oblakın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Sloveniya millisinin üzvü hazırkı komandasındakı çıxışını davam etdirəcək.

Çünki 29 yaşlı qolkiper yeni müqavilə imzalamağa razılıq verib. Oblakın madridlilərlə yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulacaq. Onun illik maaşı da 12 milyon avroya artırılıb.

Qeyd edək ki, 2014-cü ildən “Atletiko”da çıxış edən Yan Oblakın hazırkı müqaviləsi gələn ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0