Mahrezin əvəzinə Doku
15.08.2023 - 23:21
Mahrezin əvəzinə Doku

“Mançester Siti” komandanı tərk edən Riyaed Mahrezə əvəzedici axtarır.

Apasport.az-ın məlumatına görə, Jeremi Doku bu rola əsas namizəd sayılır.

“Renn” futbolçunu transferini 52,5 milyon avro dəyərləndirib. “Şəhərlilər” belçikalı futbolçu ilə müqavilə detallarını razılaşdırdıqdan sonra keçid rəsmiləşəcək. 21 yaşlı yarımmüdəfiəçi Avropanın ən istedadlı gənclərindən hesab olunur. Onun Fransa klubu ilə 2025-ci ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Doku 2023/24 mövsümünə uğurlu start verib. O, Fransa çempionatının ilk turunda qolla yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0