“Mançester Siti” futbolçusunu satır
11.10.2023 - 12:58
“Mançester Siti” futbolçusunu satır

“Mançester Siti” futbolçusu Kelvin Fillipslə yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, “şəhərlilər” yarımmüdafiəçi ilə qış transfer pəncərəsində vidalaşacaq.

Klub rəhbərliyi onu satmağa qərar verib. Kelvinin xidmətində “Nyukasl” və “Everton” maraqlıdır.

Qeyd edək ki, Fillips cari mövsümdə Premyer Liqada 3, Çempionlar Liqasında 1, Liqa kubokunda 1 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0