“Mançester Siti” - məğlubedilməz
07.09.2023 - 17:50
“Mançester Siti” - məğlubedilməz

İspan futbolçu David Silva “Mançester Siti”ni məğlubedilməz adlandırıb.

Apasport.az saytı xəbər verir ki, 37 yaşlı veteran futbolçu keçmiş komandasına Premyer Liqada qalib gəlməyin heç də asan olmadığını deyib. 

Onun sözlərinə görə, “şəhərlilər” artıq möhtəşəm bir kollektivə çevriliblər: “Komanda çox güclü görünür. Pep Qvardiola məğlubedilməz bir kollektiv yaratmağı bacarıb. Düşünürəm ki, onlara yalnız “Arsenal” mane ola bilər”.

Qeyd edək ki, Silva 2010-20-ci illərdə “Mançester Siti”də oynayıb.

writer photo
Əlirza Əlirzalı
0