“Mançester Siti” müdafiəçisini Fransaya göndərdi
13.08.2022 - 17:50
“Mançester Siti” müdafiəçisini Fransaya göndərdi

“Mançester Siti” futbolçusu İssu Kaboreni icarəyə verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Marsel”ə keçib.

O, qarşıdakı mövsümdə Fransa klubunun uğurları üçün çalışacaq. Mövsümün sonunda Liqa1 təmsilçisi 20 milyon avroya transfer hüququna malik olacaq.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi ötən mövsüm icarə əsasında “Trua”da çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0