“Mançester Siti” Zinçenkonu satır
20.06.2022 - 00:33
“Mançester Siti” Zinçenkonu satır

“Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı cinah oyunçusu “Everton”un maraq dairəsindədir.

“Mançester Siti” də Ukrayna millisinin üzvünü satmağın əleyhinə deyil. Ancaq “şəhərlilər” yalnız “Brayton”dan Mark Kukurellanı heyətinə qatarsa, Zinçenkonun gedişinə razılıq verəcək. Oyunçu ilə başqa klublar da maraqlanır.

Qeyd edək ki, Aleksandr Zinçenko 2016-cı ildən “Mançester Siti”də çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0