“Mançester Siti”dən Haland açıqlaması
15.11.2023 - 12:46
“Mançester Siti”dən Haland açıqlaması

"Mançester Siti"nin baş direktoru Ferran Soriano komandanın ulduz hücumçusu Erlinq Halandın "Real"a keçəcəyi ilə bağlı şayiələrə cavab verib.

Apasport.az xəbər verir ki, o, norveçli futbolçunun satılmayacağını açıqlayıb.

Klub rəsmisi Halandın uzun illər “şəhərlilər”in heyətində çıxış edəcəyini düşündüyünü deyib: "Haland "Mançester Siti"də xoşbəxtdir. O, burada inanılmaz uğur qazanıb və düşünürəm ki, o, bizim üçün uzun illər oynayacaq". 

Qeyd edək ki, o, bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0