Tomas Müller tarix yazıb
02.09.2024 - 11:19
Tomas Müller tarix yazıb

Bundesliqada mövsümə "Volfsburq" üzərində qələbə ilə başlayan "Bavariya" ilk ev oyununda "Frayburq"u darmadağın edib.

Apasport.az xəbər verir ki, "Bavariya"nın təcrübəli futbolçusu Tomas Müller ikinci hissədə oyuna daxil olub.

Müller "Bavariya" forması ilə karyerasında 710-cu matçına çıxıb.

Sepp Mayeri geridə qoyan Müller klub tarixində ən çox oyun keçirən futbolçu olub.

Qeyd edək ki, "Bavariya" matçın 38-ci dəqiqəsində Harri Keynin penaltidən vurduğu qolla fasiləni 1:0 öndə tamamlayıb.

Matçın ikinci 45 dəqiqəsinin böyük hissəsi 1:0 hesabı ilə keçsə də, 78-ci dəqiqədə Tomas Müller fərqlənərək hesabı müəyyənləşdirib.

Qalan müddətdə hesabı qoruyan "Bavariya" meydanı 2:0 hesablı qələbə ilə tərk edərək, liqada mövsümün ikinci oyununda qalib gələrək xalını 6-ya yüksəldib.

writer photo
Əlirza Əlirzalı
0