"Mançester Siti"dən Uolker qərarı
04.09.2023 - 12:22
"Mançester Siti"dən Uolker qərarı

"Mançester Siti" daha bir futbolçusu ilə müqavilənin müddətini artıracaq.

Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” tezliklə müdafiəçi Kayl Uolkerlə yeni razılaşma imzaladığını elan edəcək.  

34 yaşlı ingilis futbolçu 2026-cı ilin yayına qədər komandada qalacaq. Arxa xətt oyunçusunun bu yay "Bavariya"ya keçəcəyi gözlənilsə də, o, Premyer Liqanın son çempionunun heyətində çıxış etməyə üstünlük verib.

Qeyd edək ki, Uolker 2017-ci ildən mançesterlilərin şərəfini qoruyur. Oyunçunun komandası ilə anlaşmasının müddəti gələn ilin yayına kimi nəzərdə tutulmuşdu.

writer photo
Əlirza Əlirzalı
0